20 Aprel 2025
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen

Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen

Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen

30 İyul 2024 17:56 | Baxış sayı: 528

Pekin əmindir ki, Ermənistan-Çin hərbi əməkdaşlığı əhəmiyyətli uğurlar əldə edib.

AJMEDİA.İNFO Moderator.az-a istinadən xəbər verir ki, Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Bunu Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə səfirlikdə çıxışı zamanı Çin Xalq Respublikasının Ermənistandakı müvəqqəti işlər vəkili Minq Çen deyib.

“Erməni və Çin xalqları sülhü sevir və buna çalışırlar ki, 32 il əvvəl diplomatik münasibətlər qurulandan bəri tərəflər bərabərhüquqlu və qarşılıqlı fayda əsasında dostluq əməkdaşlığı inkişaf etdiriblər”.

Onun sözlərinə görə, Ermənistan-Çin hərbi əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin qorunmasına müsbət töhfə verərək mühüm uğurlar əldə edib.

O, əmin edib ki, Çin Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə, eləcə də ikitərəfli əməkdaşlığın səviyyəsini yüksəltməyə hazırdır.