20 Aprel 2025
Çərpələng festivalında sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var

Çərpələng festivalında sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var

Çərpələng festivalında sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var

23 Aprel 2023 11:02 | Baxış sayı: 721

Fransanın şimalında çərpələng festivalında sürücü avtomobili izdihamın üzərinə sürüb, xəsarət alanlar var.

Bu barədə "20 Minutes" məlumat yayıb.

Hadisənin Berk kommunasında, Pas-de-Kale departamentində baş verdiyi bildirilir.

76 yaşlı sürücü əyləc pedalını qaz pedalı ilə qarışdırdıqdan sonra idarəetməni itirib. Nəticədə 11 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.