SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlCəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - AÇIQLAMA
25 Sentyabr 2023 07:36 | Baxış sayı: 653
Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən AJMEDİA.İNFO-ya bildirilib.
Qeyd edilib ki, onlardan biri də “asancerime.com” səhifəsidir.
Yol polisi vətəndaşları bu səhifələrlə bağlı xəbərdar edib:
“Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunan səhifə ABŞ-də yaradılıb”.