İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlÇempionlar Liqasında ən çox qazanan klublar açıqlandı – Siyahı
15 Mart 2025 18:08 | Baxış sayı: 621
Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə “Mundo Deportivo” “Football Meets Data” nəşrinə istinadla məlumat yayıb.
Məlumata görə, “Bavariya” Çempionlar Liqasının cari mövsümündə ən şox qazanan komanda olub. Belə ki, komanda bu günə qədər 106 milyon avro qazanaraq, turnirin bütün iştirakçıları arasında birinci yeri tutub. PSJ 104,4 milyon avro qazanaraq, ikinci yerdə qərarlaşıb. “İnter” isə 103,1 milyon avro ilə siyahıda üçüncü olub.
Çempionlar Liqasının gəlirlərinə görə ən çox qazanan klubları aşağıdakılardır:
- “Bavariya” - 106 milyon avro;
- PSJ - 104,4 milyon avro;
- “İnter” - 103,1 milyon avro;
- “Borussiya Dortmund” - 102,2 milyon avro;
- “Arsenal” - 102 milyon avro;
- “Barselona” - 101 milyon avro;
- “Real Madrid” - 101 milyon avro.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 2,47 milyard avro təşkil edir. Bu məbləğin nəticələrə əsasən turnirdə iştirak edən 36 komanda arasında bölüşdürülməsi gözlənilir.