SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlÇaylarda sululuq artıb - Sel və daşqın olacaq
15 Aprel 2025 12:35 | Baxış sayı: 269
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda sululuq artıb.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 28 sm, Qarasuçayda 12 sm, Qudyalçayda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 8 sm, Zəyəmçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 19 sm, Bəsitçayda 8 sm, Zabuxçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 17 sm artım qeydə alınıb.
Qeyd edək ki, növbəti günlərdə də çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan sel və daşqın keçəcəyi ehtimal olunur.