20 Aprel 2025
"“Çastpik” yazanlar kəndində qalsın" yazan sabiq məmurun qızı VƏZİFƏDƏN AZAD EDİLDİ

"“Çastpik” yazanlar kəndində qalsın" yazan sabiq məmurun qızı VƏZİFƏDƏN AZAD EDİLDİ

"“Çastpik” yazanlar kəndində qalsın" yazan sabiq məmurun qızı VƏZİFƏDƏN AZAD EDİLDİ

03 Mart 2025 11:36 | Baxış sayı: 308

“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.

AJMEDİA.İNFO “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.

Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. Belə ki, şərhlərindən birində “ças pik” sözünü yanlış yazanlara eyham vuraraq bildirmişdi: “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını deyərək üzr istəmişdi.

Qeyd edək ki, Lalə Babayeva 2014-2015-ci illərdə “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.