SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Canlını bağla, sizə dərs olmadı?” - "Nikosayağı"nın qardaşının bu hərəkəti TƏNQİD OLUNDU
10 Sentyabr 2024 14:57 | Baxış sayı: 367
"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin qardaşı Nihat Mütəllimov avtomobil idarə edərkən "İnstagram"da canlı yayım açıb. Ona qardaşının vəziyyəti ilə bağlı suallar ünvanlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, o, canlı yayımda “Canlını bağla, sizə dərs olmadı” şərhinə əsəbiləşib.
Nihat Mütəllimov bildirib ki, ona ailəsi ilə bağlı sual verən insanları təhqir edəcək.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb. Onun sağ qolu dirsəkdən amputasiya olunub.