SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlCahangir Əsgərov vəzifəsiz qalmadı- Fəaliyyətini bu qurumda davam etdirəcək
04 Sentyabr 2023 06:11 | Baxış sayı: 772
AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
Modern.az saytının məlumatına görə, AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışır.
Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.
Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-sədri idi. 27 il AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
AZAL-ın təyyarələri ilə uçan sərnişinlər daim bu şirkətin təyyarələrində biletlərin baha satılmasından şikayətlənib.