SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBütün təqaüd və ünvanlı sosial yardımlar BU TARİXDƏ ödəniləcək
19 Aprel 2023 09:13 | Baxış sayı: 446
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.
Nazirlikdən AJMEDİA.İNFO-ya verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.
Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.
Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.