İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBurkina-Fasoda hərbi bazaya hücum nəticəsində azı 33 əsgər həlak olub
29 Aprel 2023 03:30 | Baxış sayı: 572
Burkina-Fasonun şərqindəki hərbi bazaya hücum nəticəsində azı 33 əsgər həlak olub, 12 əsgər isə yaralanıb.
Bu barədə Burkina-Faso Ordusunun yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, mühasirəyə alınan əsgərlər cümə axşamı əlavə qüvvələr gələnə qədər azı 40 terrorçunu məhv edilblər.
Rabitə naziri Jean Emmanuel Ouedraogo verdiyi açıqlamada, hökumətin cümə axşamı günü naməlum şəraitdə baş verən qətllərlə bağlı xəbərlərdən xüsusi narahatlığını ifadə edib.
O, ölkənin şimal hissəsindəki Karma kəndindəki “bu ağlasığmaz və vəhşi hərəkətləri” pisləyib.
Sağ qalanlar, eləcə də yerli sakinlər silahlı toqquşmada 100-dən çox insanın öldüyünü bildirirlər.
BMT-nin İnsan haqları üzrə Ali komissarlığının sözçüsü Ravina Şamdasani hücumda azı 150 mülki şəxsin həlak ola biləcəyini bildirib.
Burkina-Faso silahlı qüvvələri 2015-ci ildən bəri üsyançılarla döyüşür. Hesablamalara görə, 10 mindən çox mülki şəxs və təhlükəsizlik qüvvələrinin üzvü həlak olub, ən azı iki milyon insan evini tərk edib. Ölkənin üçdəbiri hökumətin nəzarətindən kənardadır.