İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBurkina-Fasoda 60-a yaxın adam öldürülüb
24 Aprel 2023 08:30 | Baxış sayı: 606
Burkina-Fasonun şimalındakı Karma kəndində ölkənin silahlı qüvvələrinin geyimində olan insanların hücumu nəticəsində 60-a yaxın adam öldürülüb.
Bu barədə “France-Presse” agentliyi yerli prokuror Lamine Kaboreyə istinadən məlumat yayıb.
Agentlik onun sözlərini sitat gətirib: “Karma kəndində 60-a yaxın insan ölkənin silahlı qüvvələrinə aid forma geymiş şəxslər tərəfindən öldürülüb”
Prokuror hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardığını bildirib.
Agentliyin məlumatına görə, hadisə islamçılar olduğu iddia edilən Aorema kəndi yaxınlığındakı hücumda 6 əsgər və 34 milis əməkdaşının öldürülməsindən bir həftə sonra baş verib.