20 Aprel 2025
Buraxılış imtahanlarının cavabı bu tarixdə AÇIQLANACAQ

Buraxılış imtahanlarının cavabı bu tarixdə AÇIQLANACAQ

Buraxılış imtahanlarının cavabı bu tarixdə AÇIQLANACAQ

02 Mart 2025 16:56 | Baxış sayı: 759

Xəbər verdiyimiz kimi, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.


AJMEDİA.İNFO xəbər verir ki, bu gün saat 16:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.


Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.


İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.