20 Aprel 2025
Bu yollar buz bağlayacaq - Sabahın HAVA PROQNOZU

Bu yollar buz bağlayacaq - Sabahın HAVA PROQNOZU

Bu yollar buz bağlayacaq - Sabahın HAVA PROQNOZU

17 Yanvar 2024 10:06 | Baxış sayı: 531

Ölkə ərazisində yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.