20 Aprel 2025
Bu yolda sürət həddi ENDİRİLDİ - Sürücülərin NƏZƏRİNƏ!

Bu yolda sürət həddi ENDİRİLDİ - Sürücülərin NƏZƏRİNƏ!

Bu yolda sürət həddi ENDİRİLDİ - Sürücülərin NƏZƏRİNƏ!

06 Aprel 2023 13:56 | Baxış sayı: 521

Bakı-Şamaxı yolunun paytaxtın inzibati ərazisinə düşən hissəsində yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

AJMEDİA.İNFO bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.