Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
6 saat əvvəlBu yolda sürət həddi endirildi - Sürücülərin DİQQƏTİNƏ!
10 Yanvar 2024 06:56 | Baxış sayı: 2523
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə AJMEDİA.İNFO-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.