20 Aprel 2025
Bu yolda hərəkət MƏHDUDLAŞDIRILIR - DİQQƏT!

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILIR - DİQQƏT!

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILIR - DİQQƏT!

27 Sentyabr 2024 13:42 | Baxış sayı: 415

Bakıda daha bir yolda təmir işlərinə başlanılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, təmir işləri 30 sentyabr saat 6:00-dan etibarən Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazisində aparılacaq. Dairənin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.


Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.