20 Aprel 2025
Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

30 Oktyabr 2024 10:20 | Baxış sayı: 267

Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatda deyilir:

"Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər. Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur".