SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO
04 Mart 2024 13:42 | Baxış sayı: 451
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
AJMEDİA.İNFO xəbər verir ki, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub.
A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.
1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.
2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb. (Report)