20 Aprel 2025
Bu xanıma Xankəndidə vəzifə verildi - FOTO

Bu xanıma Xankəndidə vəzifə verildi - FOTO

Bu xanıma Xankəndidə vəzifə verildi - FOTO

14 Yanvar 2025 15:48 | Baxış sayı: 384

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb.

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

"Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq".

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.