20 Aprel 2025
Bu "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ

Bu "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ

Bu "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ

21 Oktyabr 2024 12:27 | Baxış sayı: 282

İctimai yerlərdə "VI-FI"-yə qoşularkən ehtiyatlı olun… Kiberdələduzların tələsinə düşə bilərsiniz...

AJMEDİA.İNFO "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, mütəxəssislər deyir ki, ictimai yerlərdə ölkədə fəaliyyət göstərən provayderlərə məxsus olmayan "VI-FI"-lərdən istifadə artıb. Vətəndaşlar pulsuz olduğu üçün bu internetlərdən istifadə edirlər, lakin baş verə biləcək təhlükələrdən xəbərsizdirlər


İKT üzrə mütəxəssis Əmrah Mövsümzadənin sözlərinə görə, kiberdələduzlar saxta "VI-FI" şəbəkələri düzəldib vətəndaşların məlumatlarını ələ keçirə bilirlər.

Mütəxəssislər kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşlardan açıq "VI-FI" şəbəkələrinə qoşulduqları zaman diqqətli olmalarını, əmin olmadıqları şəbəkələrdən istifadə etməməyi tövsiyə edir. Digər təhlükəsizlik tədbirlərindən biri isı bu tip "VI-FI" şəbəkələrinə qoşularkən xüsusi VPN istifadə etməkdir.

VPN internet trafikini xüsusi alqoritmlərlə şifrələyərək dələduzlarla aranızda sədd rolunu oynayır.

Daha ətraflı videoda: