Bu universitet təmir olunacaq - 2 milyona yaxın pul ayrılır
04 Aprel 2025 14:19 | Baxış sayı: 632
Bakı Slavyan Universitetinin (BSU) tədris binasında təmir işləri aparılacaq.
AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, təmir işləri universitetin birinci və ikinci tədris binalarını, eləcə də, yataqxanasını əhatə edəcək.
Belə ki, artıq bununla bağlı BSU müvafiq işlərə başlayıb.
Universitet hazırda təmir işlərini aparacaq şirkət axtarışındadır.
Eyni zamanda, BSU sözügedən işlərin icrası ilə bağlı müqavilə bağlayacağı şirkətə 1,8 milyon manat ödəməyə hazır olduğunu da bildirir.