SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu üç əlamət varsa, xərçəngə tutulmuş ola bilərsiniz - DİQQƏT!
06 Fevral 2024 13:38 | Baxış sayı: 534
Onkoloq Yuliya Vaxabova xərçəngə işarə edən üç əlaməti açıqlayıb.
AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, öskürək və baş ağrıları xərçəngin əlamətləri olar bilər.
Onun sözlərinə görə, həyat tərzində heç bir dəyişiklik baş verməyibsə və insan sürətlə arıqlayırsa, diqqətli olmalıdır:
“Pəhriz məhdudiyyətləri olmadan arıqlamaq və fiziki aktivliyin artması xərçəng əlaməti ola bilər. Fakt budur ki, orqanizmdəki bədxassəli hüceyrələr insanın qidadan aldığı enerjidən daha çox enerji tələb edir. Digər əlamət isə iştahın olmamasıdır. Bundan əlavə artan yorğunluq başqa bir xəbərdarlıq əlaməti ola bilər. Bir insan tez-tez uzun müddət xəstələnir və müalicədən sonra da baş ağrıları davam edirsə, mütləq həkimə müayinə olmalıdır. Xroniki baş ağrıları olan insanlar da onların intensivliyi və tezliyi dəyişibsə, ehtiyatlı olmalıdırlar. Çünki onkologiyada baş ağrısı fərqli bir xüsusiyyətə malikdir”.(Lent.az)