İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBu tarixlərdə Bakıya QAR YAĞACAQ
10 Yanvar 2025 09:41 | Baxış sayı: 410
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb.
AJMEDİA.İNFO Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məşhur hava proqnozu platforması olan Windy məlumat yayıb. Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər.
Qeyd edək ki, Windy dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir.