SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu tarixdən telefonların qiyməti BAHALAŞACAQ - Smartfon işlədənlərin DİQQƏTİNƏ!
22 May 2024 09:52 | Baxış sayı: 487
Android smartfon istehsalçıları öz məhsullarının qiymətlərini qaldıracaqlar.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Digital Trends" məlumat yayıb.
2024-cü ilin sonuna qədər bir çox yeni smartfonlar indiki modellərdən baha olacaq. Mütəxəssislər bunu flaqman modellərində istifadə olunacaq "Qualcomm Snapdragon 8 Gen 4" prosessoru ilə əlaqələndirib.
Yeni çipin istehsalı əvvəlkindən nəzərəçarpacaq dərəcədə baha olacaq. Bu, güman ki, onun üç nanometrlik texnologiyadan istifadə edilməklə yaradılacağı ilə bağlıdır. Cihazların gücü artacaq, lakin telefonlar bahalaşacaq. Qeyd edək ki, hazırda "iPhone 15" üç nanometrlik prosessorlarla təchiz edilib.(sfera.az)