19 Aprel 2025
Bu tarixdə... - Pensiyaçıların NƏZƏRİNƏ!

Bu tarixdə... - Pensiyaçıların NƏZƏRİNƏ!

Bu tarixdə... - Pensiyaçıların NƏZƏRİNƏ!

24 Fevral 2025 17:14 | Baxış sayı: 299

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

2025-ci il yanvarın 1-dək təyin edilən bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.