SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBu sürücülərin NƏZƏRİNƏ! - CƏRİMƏLƏNƏCƏKSİNİZ
19 Dekabr 2023 14:44 | Baxış sayı: 489
“Sürücü yükü düzgün qablaşdırmadan, yaxud avtomobildə üstü açıq vəziyyətdə aparırsa və bu səbəbdən həmin avtomobildən hər hansı əşya düşərək digər avtomobilə zərər vurursa, buna görə maddi məsuliyyət daşıyır”.
AJMEDİA.İNFO bildirir ki, bunu vəkil Vamiq Şükürov deyib. O, buna bənzər fərqli nümunələr də sadalayıb:
“Bəzən sürücülər səhlənkarlıq edir və daşıdıqları yüklər yolların hərəkət hissəsinə tökülür. Nəticədə digər avtomillər həmin maneələrlə qarşılaşır və maddi zərər görürlər. Belə məsuliyyətsiz hərəkətlərə görə adətən avtomobillərin şüşələri sınır. İnzibati Xətalar Məcəlləsinin 352.0.3-cü maddəsinə əsasən, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir”.
Vəkilin sözlərinə görə, belə bir hal yaşanarsa, zərər vuran sürücü avtomobilini saxlamalıdır:
“Əgər zərər verən sürücü avtomobili saxlamırsa, vətəndaşlar avtomobilin markası və nömrəsini götürüb polisə şikayət etməlidir. Həmçinin, DYP əməkdaşı hadisəni rəsmiləşdirdikdən sonra dəymiş ziyanı müəyyən edərək məhkəməyə müraciət olunmalıdır. Məhkəmə şəxsə dəymiş zərərin tutulması barədə qərar qəbul edəcək”.(sfera.az)