SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu sosial şəbəkədə yazışma ödənişli olacaq - FOTO
28 Fevral 2025 12:09 | Baxış sayı: 335
"Telegram" ödənişli mesajlaşma funksiyasını sınaqdan keçirməyə başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı “Telegram İnfo” kanalı açıqlama yayıb.
Məlumata görə, mesajlaşma proqramının istifadəçiləri "Ödənişli mesajlar" funksiyasını sınaqdan keçirməyə başlayıblar. Bu funksiya ilə istifadəçilər mesaj göndərmək üçün tələb olunan ulduzların sayını tənzimləyə biləcəklər.
Ödənişli mesajlaşma proqramı həm fərdi söhbətlərdə, həm də qruplarda mövcud olacaq. Ödənişli mesaj parametrləri söhbət növündən asılı olaraq dəyişə bilər.
Hazırda bu funksiya yalnız "Telegram test" serverində bəzi istifadəçilər üçün əlçatandır. Digər təfərrüatlar hələ açıqlanmayıb.