20 Aprel 2025
Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

09 Sentyabr 2024 16:56 | Baxış sayı: 267

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb.


Bu barədə AJMEDİA.İNFO-ya Təhsil İnstitutundan məlumat verilib.


Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.


Xatırladılıb ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.


Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.


Qeyd edilib ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb.(sfera.az)