Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb
4 saat əvvəlBu şəxslərin maaşı ilə bağlı QƏRAR VERİLDİ
19 Mart 2025 16:48 | Baxış sayı: 471
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərarla həmçinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirəcək.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.