SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu şəxslərin əməkhaqqına ƏLAVƏLƏR EDİLDİ - 2000 manat maaş ALACAQLAR
15 Fevral 2024 09:24 | Baxış sayı: 567
Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.
AJMEDİA.İNFO bildirir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq, 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub.
Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.
Məlumatda bildirilib ki, 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285-i 1000-1500 manat, 456-sı 1500-2000, 156-sı isə 2000-dən çox maaş alır.
Qeyd edək ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.