SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBu şəxslərə 3 dəfə əlavə maaş VERİLƏCƏK - RƏSMİ
25 Yanvar 2023 10:00 | Baxış sayı: 668
Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, qaydalardakı dəyişikliklə bağlı fikirlərini bölüşən millət vəkili, iqtisadçı Vüqar Bayramovun verdiyi məlumata görə, bundan sonra ali kateqoriya dövlət orqanlarında aylıq əməkhaqqı 400 manat, 1-ci kateqoriya dövlət orqanlarında 385 manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
“Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək”, - deyən V.Bayramov əlavə edib ki, əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.(Sfera.az)