20 Aprel 2025
Bu şəxslər "Instagram" və "Facebook"da canlı yayım aça bilməyəcək

Bu şəxslər "Instagram" və "Facebook"da canlı yayım aça bilməyəcək

Bu şəxslər "Instagram" və "Facebook"da canlı yayım aça bilməyəcək

08 Aprel 2025 18:00 | Baxış sayı: 323

Meta “Facebook” və “Instagram”-da yeniyetmələr üçün təhlükəsizlik tədbirlərini genişləndirir.

AJMEDİA.İNFO xəbər verir ki, yeni qaydalara əsasən, 16 yaşından kiçik istifadəçilər valideyn icazəsi almadan sözügedən platformaların canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.

Bu çərçivədə şübhəli vəziyyətlərin aradan qaldırılması üçün valideynin razılığı da tələb olunacaq. Artıq valideynlərə proqramdan istifadə müddətləri təyin etmə, müəyyən saatlarda platformaya girişi blok etmə və uşaqlarının hansı hesablarla mesajlaşdığını görmə imkanları veriləcək.

Platformalarda yeniyetmə hesabları ilk olaraq ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada əlçatan olacaq.