SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Bu şəhərləriniz HƏDƏFDƏDİR" - SEPAH-dan İsrailə XƏBƏRDARLIQ!
21 Fevral 2025 15:39 | Baxış sayı: 826
İran rəsmilərinin İsrailə hücumla bağlı yeni təhdid dalğası ilə eyni vaxtda SEPAH komandirinin baş müşaviri İbrahim Cabbari dünən iddia edib ki, “Təl-Əvivə qarşı “Doğru Vəd-3” əməliyyatı gerçəkləşəcək”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Onun sözlərin görə, “əməliyyat İsrailin məhv edilməsinə, Təl-Əviv və Hayfanın yerlə-yeksan edilməsinə imkan verəcək miqyasda həyata keçiriləcək”.
“Düşmənlər İrana hücum etmək istəsələr, onların bölgədəki bütün bazaları və gəmiləri İran qəzəbinin atəşində yanacaq və müqavimət cəbhəsi ön plana çıxacaq”, - deyə Cabbari qeyd edib.