Diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edildi - RƏSMİ
2 saat əvvəl"Bu şəhərdə"yə XƏBƏRDARLIQ EDİLDİ
02 Noyabr 2024 09:31 | Baxış sayı: 294
Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında "Bu şəhərdə" komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.
Məsələ ilə bağlı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev APA-ya verdiyi açıqlamada bildirib ki, "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edilsə də, heç bir dəyişiklik edilməyib.
"Bilirsiniz ki, Kinorejissorlar Gildiyasının ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bir müddət əvvəl bizə məlumat daxil oldu ki, "Bu şəhərdə"nin konsertqabağı hazırladığı reklam çarxlarında Azərbaycan filmlərinin fraqmentləri təhrif olunaraq istifadə olunub. Kinostudiyanın direktoru Azər Quliyev "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova zəng vurdu və onu məlumatlandırdı ki, bu, düzgün addım deyil, qanun pozuntusudur. Azər müəllim ondan bu reklamların aradan qaldırılmasını xahiş etdi. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının məsələyə birinci reaksiyası belə oldu. Bu isə, təxminən, on-on beş gün əvvəlin söhbətidir. Onlar məsələnin həlli barədə söz versələr də, buna əməl olunmadı. Oktyabrın 22-də rəsmi olaraq "Bu şəhərdə" komandasına xəbərdarlıq xarakterli məktub yolladıq. Məktubda qeyd etdik ki, qanun müvafiq maddələrin pozulmasına yol vermir. Eyni zamanda, məktubda reklam çarxlarının sosial şəbəkələrdən silinməsini yenidən xahiş etdik. Rəsmi məktubdan sonra da heç bir reaksiya olmadı. Bir müddət də gözləyəndən sonra "Bu şəhərdə" komandasının qanunlara saymazlığını görüb bu xoşagəlməz halı ictimaiyyətə təqdim etdik", - kinorejissor Hüseyn Mehdiyev deyib.//https://news24.az/