SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu şəhərdə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!
11 Sentyabr 2024 10:40 | Baxış sayı: 319
Mingəçevir şəhərində bir neçə küçədə qazın verilişi dayandırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, Mingəçevir şəhərində Puşkin, N.Nərimanov, Ə.Vahid, Nizami, H.Əliyev, Ş.İ.Xətai, Nəsimi, Q.Nəbi və A.Məmmədov küçələrinin müyyən hissələrində qazın verilməsində fasilə yaranıb.
Buna səbəb Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Qaçaq Nəbi küçəsində yerləşən qaz kəmərində qaz sızmasının aşkarlanmasıdır.
Görülən işlər başa çatdıqdan sonra qaz təchizatında yaranan fasilə bərpa olunacaq.