20 Aprel 2025
Bu şəhərdə qaz kəsilib - SƏBƏB

Bu şəhərdə qaz kəsilib - SƏBƏB

Bu şəhərdə qaz kəsilib - SƏBƏB

01 Aprel 2025 15:39 | Baxış sayı: 232

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.


AJMEDİA.İNFO Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.


Bildirilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 1-də saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.


Hazırda təmir-bərpa işləri aparılır. Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.