Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
4 saat əvvəlBu, Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola biləcək böhrandır
24 İyun 2023 14:30 | Baxış sayı: 592
“Vaqner” Xüsusi Hərbi Şirkətinin Rusiya rəhbərliyinə qarşı qiyamı ölkə üçün ciddi problemə çevrilə, Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola bilər”.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev Rusiyada baş verən hadisələri şərh edərkən deyib.
"Priqojinin bəzi yerlərdə məhdud qüvvəsi və gücü var. Kreml bu məhdud qüvvəyə qarşı birləşsə, məncə, “Vaqner”in şansı olmayacaq. Bu, sadəcə daxili siyasi böhran deyil, həm də Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola biləcək böhrandır”, - o bildirib.
Bolqarıstan Prezidenti daxil olan məlumatların məhdudluğu səbəbindən Rusiyada vəziyyətin son dərəcə qeyri-müəyyən olaraq qaldığını və baş verənlərin miqyasını müəyyən etməyin çətin olduğunu qeyd edib.