SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu rayonun sakinlərinə XƏBƏRDARLIQ - Bu vaxtadək QAZ OLMAYACAQ!
22 Aprel 2024 07:42 | Baxış sayı: 465
Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Tüklə QPS” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin “Təmiz Qaz” QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.