19 Aprel 2025
Bu rayonlarda QAZ KƏSİLƏCƏK - XƏBƏRDARLIQ

Bu rayonlarda QAZ KƏSİLƏCƏK - XƏBƏRDARLIQ

Bu rayonlarda QAZ KƏSİLƏCƏK - XƏBƏRDARLIQ

18 Avqust 2023 06:34 | Baxış sayı: 654

Bu gün Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.