SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu rayonlarda 9 dərəcə şaxta var - FAKTİKİ HAVA
20 Dekabr 2024 10:00 | Baxış sayı: 310
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub.
Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.