20 Aprel 2025
Bu rayonlarda 7 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bu rayonlarda 7 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bu rayonlarda 7 dərəcə şaxta var - FAKTİKİ HAVA

24 Yanvar 2025 10:21 | Baxış sayı: 315

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, yanvarın 24-ü saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.