SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu rayonlarda 39 dərəcə isti olub - FAKTİKİ HAVA
09 İyul 2024 06:10 | Baxış sayı: 365
İyulun 9-u saat 9:00-a olan məlumata görə hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub. Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.