SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu rayonlara yeni polis rəisi TƏYİN EDİLDİ
14 Mart 2024 12:20 | Baxış sayı: 602
Neftçala və Oğuz rayon polis şöbələrinə (RPŞ) rəis təyinatı baş tutub.
AJMEDİA.İNFO xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.