20 Aprel 2025
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

21 Oktyabr 2024 16:31 | Baxış sayı: 230

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.


Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.