20 Aprel 2025
Bu rayonda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu rayonda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu rayonda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

02 May 2024 06:31 | Baxış sayı: 477

Bu gün Bakının Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AJMEDİA.İNFO bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.