SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu rayonda QAZ OLMAYACAQ - DİQQƏT!
12 İyul 2024 06:30 | Baxış sayı: 390
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospektində qaz xəttində aparılacaq təmir işləri məqsədi ilə iyulun 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Kombinat, Ramiz Quliyev küçələrinin və 8 Noyabr prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.