SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBu rayonda QAZ KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!
28 İyun 2024 06:33 | Baxış sayı: 351
Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə iyunun 28-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Vasif Əliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.