SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ!
05 Fevral 2025 11:28 | Baxış sayı: 279
Bu gün Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.