20 Aprel 2025
Bu rayonda işıq olmayacaq - Əhaliyə XƏBƏRDARLIQ!

Bu rayonda işıq olmayacaq - Əhaliyə XƏBƏRDARLIQ!

Bu rayonda işıq olmayacaq - Əhaliyə XƏBƏRDARLIQ!

18 Noyabr 2024 15:05 | Baxış sayı: 279

Babək rayon Elektrik Şəbəkəsinin Tədbirlər planına uyğun olaraq 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında yağ açarlarının cari təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, bununla əlaqədar sabah saat 11:30-dan 13:00-dək Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Vayxır, Xalxal, Nəzərabad, Didivar və Uzunoba gölü ətrafında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində qısamüddətli müəyyən fasilələr yaranacaq.