23 Aprel 2025
Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

23 Aprel 2025 11:19 | Baxış sayı: 255

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.